YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin ilk 5 ayında dəniz nəqliyyatında 3,1 milyon ton yük daşınıb

2015-ci ilin yanvar-may ayları ərzində dəniz nəqliyyatında daşınan yüklərin həcmi 3,1 milyon ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yüklərin 71,2 faizini neft yükləri, 28,8 faizini isə quru yükləri təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

Cari ilin yanvar-may aylarında dəniz limanlarında 4,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənən yüklərin 94,5 faizi beynəlxalq tranzit yüklər təşkil edib. 2015-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 56,8 min ton idxal yüklərin qalığı olub.