Xəbərlər
Bakı-2015 Avropa Oyunlarında yarışların 7-ci günü başladı
Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların yeddinci günü başlayıb.
Trend-in məlumatına görə, bu gün kanandan oxatma, çimərlik voleybolu, boks, atıcılıq, şose velosipedi idmanı, suya tullanma, idman gimnastikası, stolüstü tennis, taekvondo, voleybol, su polosu və kişilər arasında sərbəst güləş yarışları keçiriləcək.
Oyunların yeddinci günü çərçivəsində 16 dəst medal oynanılacaq: 2-si kamandan oxatma, 2-si şose velosipedi idmanı, 2-si suya tullanma, 2-si idman gimnastikası, 2-si atıcılıq, 2-si taekvondo, 4-ü isə sərbəst güləşdə.