YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Asiya ölkələri Azərbaycanla iqtisadi baxımdan əlaqələrin güclənməsinə maraqlıdır

«Şanxay Sammitində Azərbaycanın dövlət başçısının iştirakı və çıxış etməsi ölkəmizin Asiya  regionu ilə əlaqəsinin bundan sonra daha da sıx olacağının, əlaqələrin müxtəlif sahələr üzrə inkişaf edəcəyinin göstəricisidir». Bu fikri YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Asiyanın böyük dövlətləri üçün siyasi maraqlarla yanaşı iqtisadi maraqlar da çox önəmlidir. Onun sözlərinə görə, Şanxay sammiti bu reallığı bir daha təsdiqlədi.

«Sammitdə regional təhlükəsizlik və stabillik məsələləri müzakirə olunub, bu mövzu ətrafında müxtəlif bəyanatlar səslənib. Belə məqamlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bütün dünya bilir ki, ölkəmiz işğala məruz qalıb və hələ də bunun əziyyətini çəkir. Ona görə də sammitin bəyannaməsində separatçılığa, terrorçuluğa, ekstremizmə qarşı olan çıxışlar yüksək qiymətləndirilməlidir. Bu sənəd ölkəmizin maraqlarına cavab verir. Azərbaycan Avropaya inteqrasiya xəttini götürsə də, eyni zamanda Asiyaya inteqrasiyadan imtina etmir və Asiya Azərbaycan üçün böyük bir bazarlardan sayılır. Eyni zamanda, Asiya ölkələri də Azərbaycanla əlaqələrin güclənməsinə maraqlıdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv