Xəbərlər
“Azərbaycan naminə yaşanan ömür”
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Xosrov kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan naminə yaşanan ömür” mövzusunda görüş keçirilib.
Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov ulu öndər Heydər Əliyevin həm sovetlər, həm də müstəqillik dövründə ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışıb, dahi şəxsiyyətin ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyini vurğulayıb.
Partiya fəalları Ziyəddin Səttarov, Vəfa Əliyeva və Zemfira Vəliyeva çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan təhsili, elmi və mədəniyyəti qarşısında misilsiz xidmətlərindən söz açıblar.