YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Səfir Morninqstarın öz müsahibəsində Azərbaycanla bağlı diktə tonu ilə danışması onun diplomatik missiyasına uyğun deyil

«ABŞ səfiri Riçard Morninqstarın öz müsahibəsində Azərbaycanla bağlı diktə tonu ilə danışması onun diplomatik missiyasına uyğun deyil. Bu, həmçinin, diplomatik etikaya da ziddir. Təsadüfi deyil ki, bu müsahibədən sonra Azərbaycan ictimaiyyəti Morninqstarın sözlərinə kəskin reaksiya verdi, onun ölkəmizlə bağlı sərgilədiyi mövqenin qəbuledilməz olduğunu bildirdi. Hesab edirəm ki, bu müsahibəyə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çox düzgün və əhatəli reaksiyası səfirə yerini göstərib». Bu fikirləri Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin səfirləri öz statuslarına və səlahiyyətlərinə uyğun olmayan fikirlər səsləndirir, əməllərə yol verirlər. Onlar unudurlar ki, dövlətlərin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç bir dövlət digərinin işlərinə qarışmamalı, dövlətlərarası münasibətlər isə qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulmalıdır. Onun sözlərinə görə, səfir Morninqstarın müsahibəsinin ümumi məzmunu və tonu isə bu prinsiplərdən uzaqlaşaraq, Azərbaycana göstəriş vermək xarakteri daşıyır.

 «Lakin səfir nəzərə almalıdır ki, Azərbaycan müstəqil, güclü və müasir dövlətdir. Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, Avropanı enerji ilə təmin edir, beynəlxalq aləmə inteqrasiya edir. Ölkəmiz müstəqil siyasi kurs üzrə irləliləyir və hər hansı səfirin sözü ilə oturub-durmur. Azərbaycan qonşu ölkələrlə və başqa regionlardakı dövlətlərlə münasibətlərini necə quracağını özü müəyyən edir. Bildiyimiz kimi, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə əlaqələrini mehriban, səmimi, bərabərhüquqlu münasibətlər üzərində qurur. Ölkəmiz ABŞ-la münasibətlərinə də eyni prinsiplərdən yanaşır, lakin bu ölkənin səfirinin Azərbaycana bu cür diktə mövqeyindən yanaşması, hesab edirəm ki, Azərbaycan xalqına təhqirdir. Hər bir kəs öz yerini bilməlidir»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv