YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədiyaşar Lider

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Əbədiyaşar Lider” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov, YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev və digərləri çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyev bütün həyatı boyu xalqının xoşbəxtliyi və əmin-amanlığı naminə yorulmadan çalışıb. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxşaxəli olub.