Xəbərlər
“Heydər Əliyev işığı daim bizimlədir”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Qovlarsarı kəndində yerləşən ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Qovlarsarı kənd tam orta məktəbində “Heydər Əliyev işığı daim bizimlədir” adlı tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, həmçinin Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Liderin Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edilib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyi vurğulanıb.
Sonda şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər.