Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri aprelin 13-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.