Xəbərlər
Birinci Avropa Oyunlarının açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edəcək
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.