Xəbərlər
Şəhidlik məqamı!
Lerik rayonu Bibiyani kəndində “Azərbaycan Bayrağı” ordenli şəhid Haşımov Tərzan Qəhrəman oğlunun doğum günü qeyd olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndəsi İskəndər Tahirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Eşqin Fətullayev, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tərzanla eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun da məzarı ziyarət edilib, xatirəsi anılıb.
Qeyd ki, şəhid Tərzan Haşımov 1989-cu il aprelin 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olub. Aprel döyüşlərində də iştirak edən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Tərzan Həşimov Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.