Xəbərlər
Pan Gi Mun Bakıda birinci Avropa Oyunlarının açılışını salamlayıb
BTM-nin baş katibi Pan Gi Mun Bakıda birinci Avropa Oyunlarının açılışını salamlayıb. O, Azərbaycan hökumətini və xalqını tədbirin uğurla təşkil edilməsi münasibətilə təbrik edib. Baş katib ümidvar olduğunu bildirib ki, Oyunların keçirilməsi beynəlxalq və regional əməkdaşlığın irəlilədilməsinə kömək edəcək.
BMT-nin mətbuat katibi Stefan Düjarrik bu barədə Nyu-Yorkda brifinqdə məlumat verib.