Xəbərlər
Milli Məclisin deputatı Səbinə Xasayeva seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə partiyanın Qaradağ rayon təşkilatının qərargahında seçicilər ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib. Bir qismi yerində həll olunub. Digər qismi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.