YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişafında yeni mərhələ

“Xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaq Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə və güclü əsaslara malikdir. İki ölkənin əlaqələrindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Sirr deyil ki, keçmiş SSRİ zamanında olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və bu çərçivədə müxtəlif sənədlərin imzalanması bir daha təsdiqləyir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, sənədlərin, xüsusilə də Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolun imzalanması iki ölkənin münasibətlərin inkişafının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə işarədir. Bütövlükdə isə Azərbaycan ilə Qazaxıstan arasında 130-dan çox ikitərəfli sənəd imzalanıb. Bu sənədlər də iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına töhfələr verir: “Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Müttəfiqlik Bəyannaməsinin imzalanması da iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsinə yönəlib ki, bunun da əsasını qardaş xalqlar arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Onu da əlavə etmək lazımdır ki, Astananın mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ümummilli Liderimizin əziz xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Həmçinin, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzinə çevrilib. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək”.

“Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı, eləcə də dünyada baş verən proseslər hər iki ölkəni və xalqları regional təhlükəsizlik, nəqliyyat, logistika, energetika, humanitar, ekologiya sahələrində əməkdaşlığı möhkəmlətməyi diktə edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın mühüm perspektivliyini təmin edir.

DİGƏR Xəbərlər Arxiv