Xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.