Xəbərlər
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Azərbaycanda səfərdədir
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.