Xəbərlər
Serbiya Prezidenti Tomislav Nikoliç birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Tomislav Nikoliçi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.