Xəbərlər
Lüksemburqun Böyük Hersoqu Anri ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/d796bc6ebe0a62163da3c5630ed9a657.jpg&w=360)
Lüksemburqun Böyük Hersoqu Anri birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Lüksemburqun Böyük Hersoqu Anrini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.