Xəbərlər
Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev ilk Avropa Oyunlarının açılışında iştirak etmək məqsədilə Bakıya gəlib
Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bir çox ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar Azərbaycana gəlməkdə davam edirlər.
İyunun 12-də Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev ilk Avropa Oyunlarının açılışında iştirak etmək məqsədilə Bakıya gəlib.