YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz iradəmiz...

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında 30 illik işğal dörünün reallıqlarına diqqəti yönəldərək Azərbaycan xalqının 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, eyni zamanda, postmünaqişə dövründə yenilməz, məğrur xalq olduğunu dünyaya sübut etməsini böyük qürur hissi ilə qeyd edir. Bu baxımdan martın 28-də  Prezident İlham Əliyevin  Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etməsi diqqətdə oldu.

Azərbaycan tarixi Zəfərə imza atdı. Bu, çoxəsrlik tariximizin şanlı səhifəsi kimi vərəqlənəcək. Azərbaycanın bu Qələbəyə gedən yolu daim təhlil edilir, dünyanın ikili standartlara əsaslanan siyasətinin istər işğal, istərsə də hazırkı dövrdə özünü qabarıq şəkildə büruzə verdiyi xüsusi vurğulanır. Dövlət başçısı İlham Əliyev qəbulda diqqəti həmin işğal dövrünə yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyir və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. Hazırda müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər, ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar: “İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür.”

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələr  ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur. Burada aparıcı rolu Fransa deputatları oynayır. Azərbaycan bunu işğal dövründə də hiss edirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrin bu dərəcədə riyakar, yalançı olmasını təsəvvür etmirdik.

30 illik işğal dövrünün əsas reallıqlarından biri bu idi ki, dünya ədaləti və beynəlxalq hüququ arxa planda saxlamışdı. Ermənistanla sülh danışıqlarının imitasiya naminə aparılmasına dəstək olan bəzi dünya gücləri işçğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planlarından məlumatlı olsalar da susmaları diqqətdən kənarda qalmırdı. Lakin ikili yanaşmalar dövlətimizi, xalqımızı ruhdan salmadı. Əksinə Azərbaycan daha da gücləndi, qüdrətləndi, informasiya cəbhəsində üstünlüyü əldə etdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə malik olduğu potensialın təqdimatı oldu.

Artıq postmünaqişə dövrünün reallığını yaşayırıq. Cənab İlham Əliyevin sözügedən qəbulda qeyd etdiyi kimi, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr əyilməz iradəmizi gördü: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq.”

Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olması, müstəqil siyasəti hər bir hədəfə yüksək səviyyədə nail olmasına əsas verir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri ilə dünyanın diqqətindədir. Ölkəmiz gördüyü işlərlə həm malik olduğu imkanları, güclü iradəsini nümayiş etdirir, digər tərəfdən sübut edir ki, bu torpaqların sahibi bizik, onların yüksək səviyyədə yenidən qurulması üçün səylər göstərilir. Biz bu torpaqlarda əbədi olacağıq. Böyük Qayıdış proqramına uyğun olaraq görülən işlər, soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıdışı hər birimizdə qürur hissi yaradır. 2023-cü il tariximizə laçınlıların Laçına qayıdışı ili kimi yazılacaq.

DİGƏR Xəbərlər Arxiv