YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər təşkilatlarının nümayəndələri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib

Bu gün Azərbaycan gənclər təşkilatlarının təmsilçiləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket  keçirib.

Aksiya iştirakçıları “İngiltərə, ikili standartlardan əl çək!”, “İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, “London platformasının insan hüquqlarına nə aidityyatı?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” şüarlar səsləndiriblər.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən piketin qətnaməsi oxunub. Qətnamədə deyilir: “Sabah Bakı Olimpiya stadionunda birinci Avropa Oyunlarına start veriləcək. 50 ölkədən 6 mindən çox idmançının yarışacağı bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanması üçün böyük əmək sərf edilib, qısa müddət ərzində atletlər, jurnalistlər və şəhərimizin qonaqları üçün hər cür şərait yaradılıb.

Qitənin ictimai və mədəni həyatında əlamətdar bir hadisə olmasına baxmayaraq, bəzi dairələr Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, ona ev sahibliyi edən Azərbaycanı gözdən salmaq üçün geniş təbliğat aparır, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları vasitəsi ilə iftira və yalan dolu məlumatlar yayır, müxtəlif aksiyalar təşkil edirlər. Təəssüf ki, Birləşmiş Krallığın media qurumları və QHT-ləri, BBC radiosu, “The Guardian” və “The İndependent” qəzetləri, “Platform London” təşkilatı bu istiqamətdə daha çox canfəşanlıq göstərir, böhtan kampaniyası aparanların ön sıralarında dururlar. Böyük Britaniya hökuməti isə belə hallara adekvat münasibət bildirmək, 150 nəfərlik heyətlə Bakıya gələn idmançılarını ruhlandırmaq əvəzinə, susqunluq nümayiş etdirir, bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin təxribatlarına hərtərəfli dəstək verir. Azərbaycanın iqtisadi potensialı, təbii və intellektual sərvətləri hesabına milyardlarla funt-sterlinq gəlir götürən bir ölkənin hökumətinin bu cür riyakar mövqe tutması təəccüb və hiddət doğurmaya bilməz.

Biz Birləşmiş Krallıq hökumətinin qərəzli və ikiüzlü siyasətini qətiyyətlə pisləyir, onu ölkəmizə qarşı siyasi təzyiq məqsədi güdən qaryaxma kampaniyasının iştirakçısı olmaqdan çəkinməyə çağırıq.

Daha sonra aksiya polislərin müdaxiləsi nəticəsində dayandırılıb.