Xəbərlər
“France3” televiziyası: Pikardiyalılar Bakıda keçiriləcək Avropa Oyunlarında
“France3” televiziyasının internet saytı “Bakı-2015” birinci Avropa Oyunlarından yazıb.
Məqalədə stend atıcılığı üzrə London Olimpiadasının gümüş mükafatçısı Selin Qobervilin Fransa komandasının bayraqdarı seçildiyi bildirilir. O, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilmək üçün Bakıdan vətənə medalla qayıtmağa iddialıdır.
Məqalədə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, Pikardiya regionu Fransanın şimalında yerləşir.