YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək olmaz

Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

XİN rəhbəri deyib: "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir".

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT-nin Qarabağa dair qətnamələrinin yerinə yetirilməsi zamanı ikili standartlarla üzləşir: "Biz - bu sözləri işlətməkdən çəkinməyəcəyik - aşkar ikili standartlar şəklidə yanaşma görürük. BMT-nin bəzi qətnamələri demək olar ki, qəbul edildiyi gün icra olunmağa başlayır, halbuki BMT-nin Dağlıq Qarabağa aid qətnamələri artıq 20 ildir ki, yerinə yetirilmir".

XİN rəhbəri qeyd edib ki, Ermənistanla danışıqlar davam edir, bu münaqişə regionu heçliyə aparır və ona danılmaz mənfi təsir göstərir.

Nazirin sözlərinə ğörə, münaqişənin həlli prinsipləri artıq müəyyən edilib: "BMT Təhlükəsizlik Şurası 4 müvafiq qətnamə qəbul edib və Dağlıq Qarabağ münaqişəsinin həlli ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə söykənməlidir".

XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək olmaz: "Hər gün insidentlərin baş verdiyi qoşunların təmas xətti, cəbhə xətti var".

Onun sözlərinə görə, Madrid prinsipləri çox realdır, amma münaqişədə əsas problem Azərbaycanın ərazisində erməni silahlı birləşmələrinin mövcudluğudur: "Bu prinsiplər, həmçinin Ermənistan SQ-nin Dağlıq Qarabağa bitişik yeddi rayonun ərazisindən çıxarılmasını, genişmiqyaslı yenidənqurma işlərini və regionda sülhün bərqərar olması üzrə işləri və başqa mərhələli addımları nəzərdə tutan tədbirlər paketini təşkil edir".

E.Məmmədyarov Azərbaycanın AŞPA-dakı sədrliyini şərh edərkən qeyd edib ki, bu dövrdə Azərbaycan bir sıra iri beynəlxalq tədbirlər keçirəcək: "Ölkədə yaxın altı ay ərzində 18 beynəlxalq tədbir keçiriləcək. Biz maksimum şəffaflıq və açıqlıq nümayiş etdirmək niyyətindəyik, çünki Avropa ölkələri mübahisə etməməli, bir-birilərini anlamağa çalışmalıdırlar".

Məmmədyarov daha sonra əlavə edib ki, Azərbaycan AŞPA-dakı sədrliyi zamanı öz fəaliyyətini avropalı tərəfdaşları ilə əlaqələndirəcək.