YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin əsl siması

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsidir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, Azərbaycan Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, müdafiə sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, Xocalı şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul edilib. Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur. Bu soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən deputat 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.

Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatında bədii hissə ilə davam edib.

Xocalı şəhidlərinin ailələrinə ərzaq yardımları təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv