Xəbərlər
Azərbaycan Küveytlə dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir
Azərbaycan Küveytlə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir.
Bu barədə Prezident İlham Əliyev Küveyt Dövlətinin milli bayramı münasibətilə Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha ünvanladığı məktubda bildirib.
Dövlətimizin başçısı əmin olduğunu vurğulayıb ki, Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstəriləcək.
Azərbaycan Prezidenti Küveyt Əmirinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıb.