Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluna təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.
Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.”