YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı

YAP Cəlilabad rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə “Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı - Yeni Azərbaycan Partiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Cəlilabadın mərkəzi parkında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis edildikdən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 21 fevral 1993-cü ildə partiyanın Cəlilabad rayon təşkilatı yaradılıb.

Ötən 30 illik müddət ərzində YAP Cəlilabad rayon təşkilatı Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirib. Qeyd olunub ki, bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman çağırışlara sədaqət nümayiş etdirirlər.

Tədbirdə çıxış edən partiya veteranları və ərazi partiya təşkilat sədrləri bildiriblər ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Azərbaycan, hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv