YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə avtomobil istehsalı sənayesini gücləndirmək niyyətindədir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yerli avtomobillərin istehsalının sürətləndirilməsi barədə göstrəriş verib. Bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Ərdoğanın sözlərinə görə, bəziləri Türkiyə üçün yerli avtomobil istehsalının vacibliyinə şübhə edir: "Əminliklə söyləmək olar ki, yerli avtomobil istehsal etməyin vaxtı çatıb".

Baş nazir qeyd edib ki, Türkiyə ən yeni texnologiyaları yalnız istifadə etməli deyil, həm də yaratmalıdır.

Daha əvvəl Ərdoğan bəyan etmişdi ki, Ankara yerli avtomobil istehsalı prosesini sürətləndirəcək.

Türkiyə avtomobil istehsalı üzrə Avropada 6-cı yer tutur. Ölkədə "Ford", FIAT, "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və MAN markalı avtomobillər yığılır. Bundan əlavə, Türkiyədə yerli BMC, "Temsa" və "Otokar" markalı avtobuslar da istehsal edilir.

 

DİGƏR Xəbərlər Arxiv