YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır, əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində bildirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldır. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.