Xəbərlər
Gənclər dövlətçiliyin möhkəmləndirilməsi işinə öz töhfələrini verir
Nəsimi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir təşkil edilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.
Azərbaycanda ikinci dəfə hakmiyyətə gəldikdən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: “Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu öndər Heydər Əliyev paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi”.
Tədbirin sonunda partiya sıra daxil olan bir qrup fəal gəncə üzvlük vəsiqələri təqdim edilib.