Xəbərlər
YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzində olublar

“Heydər Əliyev İli” çərçivəsində 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının fəalları ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Fəallar Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərə, fotosərgilərə baxıblar, eksponatlarla və əyani vəsaitlərlə tanış olublar.