Xəbərlər
Gürcüstanın İctimai Televiziyası birinci Avropa Oyunlarını birbaşa yayımlayacaq
“Bakı-2015” birinci Avropa Oyunları Gürcüstanın İctimai Televiziyasında birbaşa yayımlanacaq.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkədə yaradılmış Təşkilat Komitəsinin rəhbəri Elqucia Berişvili məlumat verib.
E.Berişvili bildirib ki, eyni zamanda, “İmedi”, “Rustavi-2” televiziya kanalları və elektron portallar da dost və qardaş Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları barədə mütəmadi olaraq verilişlər və materiallar yayacaq.
Birinci vitse-prezident qeyd edib ki, ilk Avropa Oyunlarını işıqlandırmaq üçün Gürcüstandan Azərbaycana xeyli jurnalist gedəcək.