Xəbərlər
Xoşbəxt Yusifzadə: Azərbaycandan Gürcüstana 4,6 milyard kubmetr, Türkiyəyə isə 34 milyard kubmetr qaz nəql edilib
Bu il iyunun 1-dək "Şahdəniz 1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Gürcüstana 4,6 milyard kubmetr, Türkiyəyə isə 34 milyard kubmetr qaz nəql edilib.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz" konfransının ikinci günündəki çıxışında deyib. O qeyd edib ki, işlənmənin əvvəlindən bu vaxtadək "Şahdəniz" yatağından 62 milyard kubmert qaz, 16 milyon ton kondensat hasil edilib.