Xəbərlər
ABŞ konqresmenləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar veriblər
ABŞ konqresmenləri Henri Kuellar və Rayn Zinke Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bəyanatlar veriblər.
Konqresmenlər 1918-ci il mayın 28-də Azərbaycanın müsəlman Şərqində ilk respublika qurduğunu vurğulayıblar. Onlar bu respublikanın çox qısa müddətdə mövcud olmasına baxmayaraq, böyük uğurlar qazandığını qeyd ediblər.
Konqresmenlər Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri olduğunu bildirib, xüsusilə ölkəmizin qlobal terrorizmə qarşı mübarizəyə verdiyi vacib töhfəni vurğulayıblar.
H.Kuellar və R.Zinke ABŞ Konqresində müvafiq olaraq Texas və Montana ştatlarına aid seçki dairələrini təmsil edirlər. Onlar, həmçinin Konqresdə Azərbaycan üzrə işçi qrupunun üzvləridir.