Xəbərlər
Prezident İlham Əliyev: Biz üçtərəfli əməkdaşlıq formatının bəhrəsini görürük
Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, - biz, əlbəttə, enerji layihələrindən başladıq, - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”.