YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü və nüfuzlu siyasətçi

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Gənc yaşlarından dünyanın ən nəhəng siyasətçilərindən olan dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən dərs alan, 1977-ci ildə tək SSRİ-də deyil, dünyanın ən nüfuzlu ali məktəblərindən olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın ən güclü siyasətçilərindən sayılır.

Cənab İlham Əliyev dünyada tanınan dövlət xadimi səviyyəsinə ucalana gədər fəaliyyət göstərdiyi istər dövlət, istərsə də özəl strukturlarda öz biliyi və yüksək liderlik bacarığı nəticəsində böyük uğurlara imza atmışdır. 1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətlinin əvvəl vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti işlədiyi dövrdə ADNŞ cənab İlham Əliyevin fəaliyyəti nəticəsində dünyanın ən nəhəng şirkətinə çevrildi. 1995-ci ildən 2000-ci ilə gədər Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilən İlham Əliyev ölkəmizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən bir çox qanun layihələrinin hazırlanmasında fəal iştirak edib.

Azərbaycanda idman sahəsinin tənəzzülə uğradığı vaxt İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra idmançılarımıza dövlət qayğısı yüksəlməyə başladı. İdmançılarımız bu dövlət qayğısından ruhlanaraq beynəlxalq arenalarda qalib gələrək Azərbaycan bayrağını yüksəkliklərə qaldırdılar və himnimizi səsləndirdilər. Bu gün Azərbaycan dövləti bir idman ölkəsi kimi tanınır. Milli Məclisin deputatı olaraq cənab İlham Əliyev 2001-2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Avropanın siyasi arenasında cənab İlham Əliyev hər zaman Azərbaycan dövlətinin maraqlarına uyğun fəaliyyət göstərib, eləcə də AŞPA-nın işində göstərdiyi səmərəli xidmətlərə görə 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 76%-dən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2008, 2013, 2018-ci illərdə Prezident seçkilərində seçicilərin 85%-dən çoxu cənab İlham Əliyevin lehinə səs verərək onu ölkə prezidenti seçdi. Bu Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinə, eləcə də cənab İlham Əliyevə olan inamın göstəricisi idi. Prezident İlham Əliyev dünyanın bir çox ölkələrinin ən ali orden və medalları ilə təltif olunub. Bu cənab İlham Əliyevin dünyada güclü və nüfuzlu bir siyasətçi olmasını sübut edir. Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu universitetlərinin fəxri doktoru və fəxri professoru adına layiq görülmüşdür.

Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək Prezident seçkilərində onun layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırış etmişdir. Ulu öndər Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını, onun yüksək intelektə, provmatik düşüncəyə malik olduğunu, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən bir şəxs olduğunu vurğulamışdır.

İlham Əliyev Azərbaycanın siyasi sisteminə mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən fəaliyyət nümunəsini gətirdi, milli mədəniyyət və milli mənəviyyatımıza uyğun siyasi etika təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan dövlətinin güclənməsinə, Azərbaycan xalqının milli maraqlarına, milli dəyərlərin qorunmasına xidmət edir. Cənab İlham Əliyev tərəfindən Azərbaycanda yaradılmış tolerantlıq və multikulturalizm dəyərləri bütün dünyaya örnəkdir. Cənab İlham Əliyev islamofob və antiazərbaycan qüvvələrinin ölkəmizdə həyata keçirmək istədikləri məkrli planlarının qarşısını aldı. Prezident İlham Əliyev gənclərin ölkəmizin sosial-iqtisadi, siyasi həyatında mühüm rol oynamalarına böyük diqqət ayırır. Bu gün ölkəmizdə yüksək intelektual səviyyəli, vətənpərvər, milli düşüncəyə malik gənclər yetişir. Ölkə başçımız bu cür gənclərə böyük etimad göstərir və onları bütün sahələrdə məsul vəzifələrə təyin edir. Dövlətin göstərdiyi bu qayğı nəticəsində gənclərimizin özünə inamı daha da artır.

2005-ci il 26 mart tarixində YAP ın III qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev partiyanın sədri seçildi. YAP ın daha effektiv idarə edilməsi və cəmiyyətdə nüfuzunun artırılması üçün cənab İlham Əliyevin təşəbbüsü ilə köklü uslahatlara başlanmışdır. 2021-ci il martın 5-də YAPın VII qurultayında yeni Nizamnamə təsdiq edilmiş, partiya sədrinin birinci müavini vəzufəsi təsis edilmişdir. Partiyanın yeni proqramı qəbul edilmiş və kadr islahatları həyata keçirilmişdir. Hal hazırda YAPın 773.770 nəfər üzvü vardır. Cənab İlham Əliyevin sədrlik etdiyi YAP bu gün regionun ən güclü və böyük siyasi partiyası olmaqla, dünyanın bir sıra hakim partiyaları ilə sıx əməkdaşlıq edir.

Prezident İlham Əliyev hər zaman sadə insanlarla bir yerdə olur və onlarla çox səmimi söhbətlər edir. Cənab İlham Əliyev həyatındakı əlamətdar günlərdə, ad günlərində məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşür, sosial obyektlərin, yeni istehsal müəssisələrinin açılışlarında iştirak edir. Ölkə başçımızın bu təşəbbüsləri hər bir azərbaycanlının ona qarşı olan rəğbətini, məhəbbətini artırır. Bu gün Azərbaycan xalqı öz liderini, dövlət başçısını sevir, ona inanır və yeritdiyi siyasəti dəstəkləyir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında böyük inkişafa nail olunmuşdur. Dünyada baş verən iqtisadi böhranlara, koronivirusun törətdiyi çətinliklərə baxmayaraq cənab İlham Əliyevin   müəllifi olduğu iqtisadi islahatlar nəticəsində insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Prezident İlham Əliyev ölkəmizdə siyasi həmrəyliyin bərqərar olmasını təmin etmiş, xalq-iqtidar birliyini yaratmışdır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji müttəfiqlik haqqında Bəyannamənin imzalanmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədilər. Eləcə də ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyadan 50 i Vətən Müharibəsində cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər və birgə bəyanat imzaladılar. Müzəffər Ali Baş Komandan,

Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, eləcə də qüdrətli Azərbaycan Ordusuna rəhbərliyi ilə torpaqlarınız erməni işğalından azad edildi. Cənab İlham Əliyev Azərbaycan xalqınl qalib, qürurlu bir xalq kimi bütün dünyaya tanıtdı.

Prezident İlham Əliyevin rəhbərliyi qismində Azərbaycan dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Məhz cənab İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı dünyada böyük nüfuz qazanmış, beynəlxalq siyasətə təsir edə biləcək bir təşkilata çevrilmişdir. Koronovirusun dünyada tüğyan etdiyi bir vaxtda cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın 80-dən çox ölkəyə maliyyə və humanitar yardım etməsi bütün dünyaya bir nümunə oldu.

Bəzi qüvvələrin təzyiqlərinə baxmayaraq cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yol xətti, TAP, TANAP qaz kəmərlərinin tikilib istifadəyə verilməsi ilə böyük layihələrə imza atdı. Bu gün Cənub Qaz Kəməri vasitəsilə artıq Azərbaycan qazı Avropaya nəql olunur. Azərbaycanın Avropanın qaz təhlükəsizliyində oynadığı rol ölkəmizin siyasi nüfuzunun artmasına böyük töhfə verir.

Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda qeyri neft sənayesi sürətlə inkişaf etdi. Dövlət büdcəsində qeyri neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Cənab İlham Əliyev tərəfindən hazırlanan Dövlət Proqramlarının icrası nəticəsində Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Prezident İlham Əliyevin fəaliyyətinin əsasını güclü Azərbaycan dövlətinin yaradılması və Azərbaycan vətəndaşının xoşbəxt həyat sürməsi təşkil edir. Cənab İlham Əliyevin Azərbaycan dövləti və öz xalqı üçün gördüyü işlər misilsiz və ölçüyə gəlməzdir.