Xəbərlər
“Parlaq Zəfərin yaratdığı reallıq: Böyük Qayıdış”
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Aşağı Zeynəddin kənd ərazi partiya təşkilatında “Parlaq Zəfərin yaratdığı reallıq: Böyük Qayıdış” mövzusunda partiya fəalları ilə görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Aşağı Zeynəddin kənd ərazi partiya təşkilatın sədri Mehman Səmədov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında danışıb.
YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Qeyd olunub ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.
Görüşdə çıxış edən partiya fəalı Həbib İsmayılov çıxışında vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə aparılması Azərbaycan dövlətinin gücünü göstərir.
Şəhid atası Elton Yusifov isə dövlətin müharibə əlilləri və şəhid ailələrinə olan yüksək diqqət və qayğısından danışıraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda YAP Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.