YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsinin layiqli davamçısı”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev irsinin layiqli davamçısı” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, məşhur “91”lərdən biri, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Üvi Quliyev, Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev, Yasamal rayon prokuroru Elman Süleymanov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayonun fəal gəncləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qurucu Liderdir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Prezident İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir. Ən nəhayət bu siyasi kurs özünün uğurlu inkişafını 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərlə özünü bir daha təsdiq etdi.

Çıxış edən Yasamal RİH başçısı Elşad Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə aparır, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vurğulayıb ki, heç şübhəsiz, bu gün əldə olunan çoxşaxəli uğurlar, eləcə də, bu uğurların baş tacı olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb. Bu uğurları təmin edən isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müasir dövlətçilik tariximizdə özünəməxsus yeri olan, sözün əsl mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir.

Milli Məclisin deputatı Elnur Allahverdiyev qeyd edib ki, 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Bu həm də tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi kimi spesifik xüsusiyyətləri özündə daşıyır. Prezident İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.

Tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti tərəfindən hazırlanmış bədii kompozisiya təqdim olunub.