Xəbərlər
Martda Türkiyə Azərbaycandan 576,5 milyon kubmetr təbii qaz idxal edib

Bu ilin martında Türkiyə Azərbaycandan 576,50 milyon kubmetr təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Fevralda isə Azərbaycandan Türkiyəyə 536,11 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycanın 2014-ci ildə ixrac etdiyi 6,5 milyard kubmetr təbii qazın 69,23 faizi yəni 4,5 milyard kubmetri Türkiyənin payına düşüb.