YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dərhal dayandırılmalıdır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük hərbi-siyasi qələbəsi ilə yekunlaşdı. Tarixi torpaqlarımızı işğal edən, doğma yurd-yuvalarımızı tar-mar edib dağıdan, dini inanc yerlərimizi viran qoyub donuz tövlələrinə çevirən, min illərə söykənən xalqımıza məxsus mədəni-mənəvi irsi məhv etməyə çalışan erməni barbarları öz layiq olduqları cavabı aldılar. Münaqişəsinin artıq geridə qaldığına baxmayaraq, tarix boyu xalqımıza qarşı sərgilənən düşmənçilik siyasəti bu gün də davam etməkdədir. Qalib Azərbaycan Ordusunun önündən qaçan, onun qalibiyyətini həzm edə bilməyən Azərbaycanfob, türkfob hissləri ilə boğulan mənfur düşmən öz məkrli niyyətindən əl çəkməyərək, digər çirkin yollara əl atmaqdadır. Bunlardan biri də məhz ekoloji terrordu. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. İşğal nəticəsində təxminən 30 min insan həyatını itirmiş və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşir. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıq olub. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda ermənilərin törətdiyi ekoloji terrora qarşı keçirilən dinc aksiya bu baxımdan dünyaya mesajdır. Son bir neçə gün ərzində həyata keçirilən etiraz aksiyalar qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir. Ermənilərin törətdikləri ekoloji terror əleyhinə keçirilən aksiya olduqca önəmlidir. Xalqımız bu dinc aksiya ilə dünyaya göstərir ki, onlar ermənilərin Azərbaycan ərazilərində həyata keçirdikləri talanlardan, ekoloji cinayətlərdən xəbərdardırlar və bununla barışmaq niyyətində deyillər. Əslində, bu etiraz aksiyası məntiq və mahiyyət etibarı ilə həm də sülhməramlıların hərəkətsizliyinə, onların erməni vəhşiliklərinə göz yummasına yönəlikdir. Bu qanunsuz hərəkətlər Azərbaycanın ətraf mühitinə və bütövlükdə, regionun ekosisteminə mənfi təsir göstərir.

Bu gün azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistandır. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir. Azərbaycanın ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dərhal dayandırılmalıdır. Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və Ermənistan üçün hüquqi məsuliyyət yaradır.