YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekoloji terrora son qoyulmalıdır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bu günə kimi sülhməramlılar tərəfindən Qarabağa, Xankəndiyə  Ermənistandan silah-sursat daşıyan, ara qızışdırıb, erməniləri yenidən müharibəyə həvəsləndirən revanşistlərin geri qaytarılmaması təəccüb doğurur. Təəccüb doğuran səbəb ondan ibarətdir ki,  bu iş birbaşa  onların  səlahiyyətindədir. Azərbaycanın 10 noyabr üçtərəfli Bəyannaməsində  nəzərdə tutulur ki,  humanitar məqsədlə verilən  yoldan digər formada istifadə olunması qəti qadağandır. Lakin faktlar  onu sübut edir ki, ərazidə müvəqqəti yerləşdirilmiş  sülhməramlıların   birbaşa iştirakı və rəhbərçiliyi ilə  həmin yol vasitəsilə ermənilər çirkin niyyətlərini həyata keçirirlər. Belə ki, ermənilər  Azərbaycanın  sərvətlərini talayır , ekoloji terror törətməklə Beynəlxalq konvensiyanın tələblərini  kobud şəkildə pozaraq   Azərbaycan  Respublikasının Konstitusiyasına zidd adımlar atırlar.  Biz bu torpaqları ermənilərin murdar ayaqlarından təmizləməmişik ki, bu gün bir qrup cinayətkar Qarabağda özbaşnalıq etsinlər. Çünki Qarabağın öz sahibi var.

44 günlük müharibədən sonra məğlub olub özlərini yazıq göstərən ermənilər heç də belə deyilmiş. Görünən odur ki, onlar  əvvəlki kimi yenə öz amplualarındadırlar. Bu millətin təfəkkür tərzi dəyişmir. Torpaqlarımızda oturub silahlanır, yeni planlar qurur, yeni kələklər edirlər. Bunlarla özlərinin başa düşdüyü dildə danışmaq lazımdır.

Artıq bir neçə gündür ki, Eko-fəallarımız və QHT təmsilçilərimiz Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında separatçı rejimin Azərbaycanın təbii sərvətlərini talamasına və ekologiyamıza qarşı soyqırımı törətməsinə qarşı Laçın-Şuşa yolunda aksiyalarını davam etdirirlər. Bu aksiya dinc xarakterlidir, heç bir gərginlik yaratmır. İştirakçılar sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismara etirazlarını bildirir, ekoloji terrorların dayandırılmasını tələb edirlər.

Bu gün Azərbaycan xalqının qəlbi Şuşa-Laçın yolunda haqq işimiz uğrunda mübarizə aparan bacı-qardaşlarımızla birgə döyünür.

Xalqımızın ümumi etirazının ifadəçiləri ilə, könüllərində vətən sevgisi daşıyan gənclərimizlə, ictimaiyyət nümayəndələrimizlə qürur duyuruq. Və lazım gələrsə, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün eko-fəallarımızın aksiyasına qoşulmağa  hər an hazırıq.

Hazırda isə Rusiya sülhməramlıları Azərbaycanın öz ərazisində təbii sərvətlərin talanıb-daşınması ilə bağlı monitorinq aparmasına şərait yaratmalıdırlar. Bu halda aksiya başa çatmış hesab oluna bilər.

Bəli, düz 30 il əvvəl, 1988-ci ildə olduğu kimi, Azərbaycan ictimaiyyəti öz ərazisində pozulan hüquqlarının bərpası  uğrunda mübarizəyə qalxıb, ekologiyasının amansızcasına məhv edilməsinə etiraz edir. Separatçı rejimin sərvətlərimizi qanunsuz talamasına imkan verməmək üçün gecə-gündüz aksiya keçirir.  Amma həm də budəfəki hadisələrin axarı 1988-ci ildəkindən tamamilə fərqli yöndə cərəyan edir.

İndi Azərbaycan xalqının arxasında dağ kimi dayanan müstəqil və qüdrətli dövləti var! İndi Azərbaycan xalqının onu daim qələbə zirvələrinə ucaldan İlham Əliyev kimi qətiyyətli lideri var!

İndi və əbədiyyətə qədər bir daha mənfur düşmən Azərbaycan xalqının haqq və hüquqlarını tapdalamağa cürət edə bilməyəcək.