YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vircil Popesku: Yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair saziş dörd dövlətin maraqlarına tam cavab verir

Dekabrın 17-də Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaradır. Bunlar, təmiz enerjinin istehsalı, nəqliyyatı və ticarəti, yeni nəqliyyat infrastrukturunun - Qara Dəniz Yaşıl Elektrik sualtı kabelinin inkişafı, yaşıl hidrogenin inkişafı və enerji səmərəliliyi üzrə birgə layihələrdir.

Bu sözləri Rumıniyanın energetika naziri Vircil Popesku bildirib.

Nazir qeyd edib ki, Rumıniya enerji istehsalına və enerji infrastrukturuna sərmayə yatırmaq niyyətindədir və tərəfdaşları ilə əməkdaşlıq edərək, regionun enerji təhlükəsizliyini təşviq edəcək.

V.Popesku Azərbaycandan olan həmkarlarına, energetika naziri Pərviz Şahbazova və iqtisadiyyat naziri Mikayıl Cabbarova enerji sahəsində mühüm layihələrdə əməkdaşlığa görə təşəkkürünü bildirib. O qeyd edib ki, Rumıniya 2023-cü ilin yanvarından Azərbaycan qazını alacaq. Rumıniya həm elektrik enerjisi, həm də təbii qaz baxımından enerji bazarında mühüm mərkəzə çevriləcək, tərəfdaşları ilə birlikdə investisiyaları inkişaf etdirəcək və beləliklə, Rumıniyanın və regionun enerji təhlükəsizliyini təmin edəcək.

Nazir daha bir layihə barədə məlumat verərək deyib ki, Rumıniyanın şərqindən qərbinə keçidi təmin etmək üçün Tuzla-Podisor marşrutu üzrə, daha sonra BRUA qaz kəməri dəhlizi üzrə yaşıl elektrik ötürücü kabelinin işə salınmağı da planlaşdırılır.

V.Popesku bildirib ki, imzalanmış saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzər hövzəsində bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması və enerji mənbələrinin payının artırılması ilə bağlı dörd dövlətin maraqlarına əsaslanır.

DİGƏR Xəbərlər Arxiv