YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Orta Asiyadakı nüfuzu daha da genişlənir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Dekabrın 14-də Türkəminstanda təşkil olunan Üçtərəfli Zirvə Görüşü Azərbaycanın Orta Asiyada daha da artan nüfuzunun göstəricisi idi. Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatda əlaqələrin inkişafına xüsusi önəm verir. Üçtərəfli formatda ölkələrlə qarşılıqlı əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Azərbaycanın həm qardaş Türkiyə, həm də Türkmənistanla ikitərəfli qaydada yüksək siyasi əlaqələri var. Hər üç ölkənin ortaq etnik, dini-mədəni bağlılığı və tarixi əlaqələri onlar arasında əməkdaşlığın genişləndirilməsinə mühüm imkanlar yaradır. Bu baxımdan, üçtərəfli formatda əməkdaşlığın iqtisadi potensialın artırılmasında mühüm rolu var.

Əllbətdəki, Azərbaycan üçtərəfli əməkdaşlıq formatına qədər həm Türkiyə, həm də Türkmənistanla önəmli qarşılıqlı sənədlər imzalayaraq əlaqələri strateji səviyyəyə yüksəltmişdir. Ötən il Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi və 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq haqqında Bəyannamə əlaqələrin üçtərəfli formatda qurulmasına hüquqi baza yaratmışdır.

Xüsusilə vurğulamaq lazımdır ki, üçtərəfli formatda əlaqələrin qurulması həm də beynəlxalq müstəvidə ölkələrin bir-birinə qarşılıqlı dəstək vemələrində vacib əhəmiyyətə malikdir. Azərbaycan, Türkiyə və Türkmənistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT kimi beynəlxalq nüfuzlu təşkilatlarda təmsil olunaraq yaxından əməkdaşlıq edir.

Ölkələr arasında münasibətlərin yaxınlığını təyin edən ən vacib göstərici iqtisadi əməkdaşlığın həcmidir. Cari ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Ötən illər ərzində Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın, Türkiyə isə Azərbaycana 14 milyard dollara yaxın investisiya yatırıb. Türkmənistanla isə ticarət dövriyyəsinin həcmi bu il 5 dəfə artmışdır. Nəqliyyat infrastrukturun inkişaf etdirilməsi istiqamətində ölkələrimizin reallaşdırdığı layihələr nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi mühüm imkanlar yaradıb. Azərbaycan bu gün regionanın əsas tanzit yük daşımalarının həyata keçirildiyi mərkəzə çevirilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan dəmir yolu, avtomobil və hava nəqliyyatı cəhətdən geniş imkanlara malikdir. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə bölgənin iqtisadi inkişafına xüsusi töhvə verəcək. Zəngəzur dəhlizinin icra olunması istiqamətində bütün nəqliyyat infrastrukturunun qurulması üzrə işlərin 2024-cü ildə tamamlanması gözlənilir. 50-dən çox yük gəmisi, 18 yük təyyarəsi, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı regionun zəngin logistik mərkəzinə çevirən önəmli göstəricilərdir.

Zirvə Görüşündə imzalanmış sənədlər gələcək perspektivdə ölkələrimiz arasında qarşılıqlı təmasların daha da fəallaşmasına mühüm töhvə verəcəkdir.