Xəbərlər
Baş nazir Əli Əsədov Tbilisidə Gürcüstan parlamentinin sədri ilə görüşüb
Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olunub, hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edilib.
Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.