Xəbərlər
Laçın yolundakı pozuntular üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq baş verir
Diplomatlarla Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
Nazir deyib: “Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli Bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”.