Xəbərlər
YAP Binəqədi rayon təşkilatının nümayəndələri Qocalar evində olub
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının nümayəndələri Qocalar evində ahıllar ilə görüş keçiriblər.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirib ki, ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Vurğulayıb ki, bu gün də ahıllara göstərilən diqqət və qayğı davam etdirilir. Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri, sevgisi isə hər kəsə nümunədir.
Qocalar evinin direktoru Samirə Mehdiyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu cür qocalar evlərinin fəaliyyət göstərməsi və onlara hər cür şəraitin yaradılması da deyilənlərin bariz göstəricisidir.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbə heyətinin təqdimatında konsert proqramı baş tutub.