Xəbərlər
Fergus Ould: Kəlbəcərdə 8 nəfərin minaya düşməsi xəbərindən kədərləndim
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould dekabrın 14-də Kəlbəcərdə 8 nəfərin minaya düşməssi ilə əlaqədar özünün tviter səhifəsində paylaşım edib.
Paylaşımı təqdim edirik: “Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”.