Xəbərlər
Deputat ANAMA-nın minaya düşən əməkdaşını ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov ANAMA-nın minaya düşən əməkdaşı, Goranboy rayonu Qaradağlı kənd sakini Ruhin Vəliyevin ailəsini ziyarət edib, ailənin qayğılarını dinləyib.
Deputat Bakıda müalicə olunan Ruhin Vəliyevin özünə də baş çəkib, onun səhhəti və müalicəsi ilə maraqlanıb.
Ruhin Vəliyev ona və ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.