Xəbərlər
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 26-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edir.
Tədbir Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində baş tutub.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir müavini deyib ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və bu cür tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır.
Görüşdə Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.