Xəbərlər
Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub
Biləsuvar şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əlizadə Tahir Qəribəli oğlunun şəhadətinin ikinci ildönümü qeyd olunub.
Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.