Xəbərlər
Saymon Kleq: “Bakıda keçiriləcək I Avropa Oyunları bütün Avropa üçün böyük hadisədir”

“Bakı 2015” I Avropa Oyunları nəinki Azərbaycan, bütün Avropa üçün böyük hadisədir. Bunu Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
S.Kleqin sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq ölkədə gələcək “Formula 1”, İslam Həmrəyliyi Oyunları və “Avro 2020” çərçivəsində oyunların keçirilməsində böyük təcrübə qazanmağa imkan yaradacaq.